Mingəçevir - əhalisinin sayına görə Azərbaycanın dördüncü şəhəridir. Kür çayının hər iki sahilində yerləşir. Mingəçevir öz iqtisadi potensialına, əhalisinin sayına görə, ölkənin dördüncü şəhəri və energetika və sanəye, elm, təhsil və mədəniyyət mərkəzi hesab olunur.
Şəhərin ərazisində bütün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Mingəçevir su anbarı yerləşir. Su anbarının yaradılmasında məqsəd energetikanın, kənd təsərrüfatının, su nəqliyyatının inkişaf etdirilməsi olmuşdur. Yerli əhali su anbarını rəmzi olaraq “Mingəçevir dənizi” adlandırır. Burada təmiz qum çimərlikləri, turistik baza var. Şəhərdə Mərziyyə Davudova adına Dövlət Dramatik Teatrı, kukla teatrı, bölgənin və ölkənin zəngin tarixini əks etdirən ekspozisiyaya malik regional tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.
Şəhərdə kolleksiyasında Azərbaycan rəssamlarının çoxlu sayda əsərlərinin nümayiş olunduğu şəhər incəsənət muzeyi-rəsm sərgisi də var.
Şəhər Naftalandan 54 km (48 dəq.) məsafədə yerləşir.