Naftalan - "yerin yoğun qanı", qara-qəhvəyi və ya sarı-qızıl, günəşə bənzəmiş kimi. Adı "Nafta" sözündən, yəni "axan, sızan" sözlərindəndir - qədim Midiya dili, Azərbaycan ərazisində dövlətlərdən biri. Naftalan nefti yatağında əvvəl quyular, daha sonra Naftalan şəhəri yaranıb.
Naftalan nefti dəridən hoparaq kapillyar qan axınına müsbət təsir göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşırdırır və mikroblara qarşı təsir qüvvəsinə malikdir. Onun müxtəlif xəstəliklərə təsiri 1600-dən çox elmi iş və monoqrafiya, o cümlədən 270 dissertasiyanın nəticələri ilə təsdiqlənib. Buna görə onun tətbiqi dayaq-hərəkət aparatı, periferik sinir, dəri, ginekoloji və xroniki prostatit xəstəliklərinin müalicəsində özünü doğruldub.
Naftalanla müəlicə yalnız xəstəliklərin kəskinləşmə mərhələsi xaricində aparılır.
Gashalti Health Hotel Naftalan (Qaşaltı Sağlamlıq Oteli Naftalan), Azərbaycanın Naftalan rayonunun gözəl güşəsində 5-ulduzlu bir kurort kompleksidir. 2011-ci ildə beynəlxalq otel standartlarına uyğun tikilmiş və idarə olunan otel özündə klinika və 5-ulduzlu istirahətin bütün elementlərini cəmləşdirir. Gashalti Health Hotel, hər bir qonağa fərdi yanaşma və unikal Naftalan nefti ilə müalicəni birgə təqdim edir çünki bütün səylərimiz sağlamlığınız və rahatlığınızı təmin etməyə yönəlib.