«Samovar» retoranı şəhərin girişində yerləşən qeyri-adi və orijinal çay evidir. Bura həm yerli sakinlərin, həm də turustlərin sevimli məkanıdır. Restoranın qeyri-adiliyinin bir maraqlı səbəbi var – o, böyük bir samovar formasında tikilmişdir. Samovarın ayaqları çay evinin birinci mərtəbəsidir, tutacaqları eyvanlarıdır. Çay evinin kərpicdən tikilmiş damı isə samovarın dəmkəşini xatırladır. Restoran ailə yadigarıdır. Beləki, müəssisə 80-ci illərin ortalarında Naftalan sakini Ərəstun Əliyev tərəfindən inşa edilmişdir. Onun vəfatından sonra restoranı oğulları idarə edir. Çay evini əhatə edən 54 çinar və 28 şam ağacını ata Əliyev öz əli ilə əkmiş və böyütmüşdür.