OTAQ

SEÇ

Ultrabənövşəyi şualanma



PROSEDURUN TƏSVİRİ

Ultrabənövşəyi şüalanma kəskin ifadə olunan profilaktik və müalicəvi xüsusiyyətlərə, yəni bakterisid və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Şüalanma sayəsində, orqanizmdə qoruyucu qüvvələr aktivləşir. Bu da özünü ümumi və yerli immunitetin aqressiv ətraf mühit amillərinə qarşı möhkəmlənməsində büruzə verir.

GÖSTƏRİŞLƏR

  • D hipovitaminozu, mineral mübadiləsi pozuntuları;
  • irinli, neyrogen, allergik və digər dəri xəstəlikləri;
  • raxit, artrit, habelə, oynaq və sümüklərin digər patologiyaları;
  • xroniki tənəffüs sistemi xəstəlikləri;
  • diş əti, ağız boşluğu və burun xəstəlikləri;
  • sinir xəstəlikləri;
  • ginekoloji xəstəliklər və s.

ƏKS GÖSTƏRİŞLƏR

  • Xərçəng,
  • ağciyər vərəmi,
  • böyrək xəstəlikləri,
  • ürək-damar sistemi xəstəlikləri,
  • mərkəzi sinir sistemi xəstəlikləri,
  • sinir və fiziki yorğunluq.

PROSEDURUN NƏTİCƏLƏRİ

İnsanın əqli və fiziki tonusu yüksəlir, fosfor-kalsium mübadiləsi normallaşır, qanın tərkibi dəyişir, allergik əlamətlər xeyli azalır.

REZERV ETMƏK