OTAQ

SEÇ

Osteoxondroz



Osteoxondroz fəqərəarası disklərin qığırdaqlarında dəyişikliklərin inkişaf etməsi ilə, habelə, onların ətrafındakı toxumalarda reaktiv proseslərlə səciyyələndirilən onurğa sütunu xəstəliyidir. Onurğa sütunu osteoxondrozu adətən 30-35 yaşda əmələ gəlir. Bu xəstəlikdən əhalinin 35-40 yaşadək olan 40% və yaşlı əhalinin demək olar ki, 90% əziyyət çəkir. Məhz osteoxondroz beldə ağrıların əsas səbəbi hesab olunur. Müalicə olunmadıqda, xəstəlik sinir kökcüklərinin zədələnməsinə, onurğa beyni zədələnmələrinə və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Naftalanda Osteoxondroz müalicəsinin üstünlükləri.

Osteoxondroz kimi xəstəliyin öhdəsindən gəlmək və xoşagəlməz ağrılardan qurtulmaq üçün, müalicəyə düzgün yanaşmaq çox əhəmiyyətlidir. Naftalan neftinin sayəsində bütün orqanizmin regenerasiyası və düzgün maddələr mübadiləsinin bərpa olunması baş verir, masajlar isə artıq mövcud problemin öhdəsindən gəlməyə kömək edəcək. Naftalan neftinin müalicəvi xüsusiyyətləri iltihab proseslərinin dayanmasına, habelə,ağrılı hislərin azalmasına səbəb olur.

✓"OSTEOXONDROZ MÜALİCƏSİ"TƏKLİFİ-İLƏ YARARLANIN

ƏTRAFLI