OTAQ

SEÇ

Gashalti Hoteli “SOS” Uşaq Kəndlərinin uşaqları üçün Yeni İl şənliyi keçirdi.

15 dekabr “SOS” Uşaq Kəndlərinin Gəncə şəhərində yaşayan uşaqları üçün Gashalti Health Hotel-i tərəfindən geniş Yeni İl şənlik tədbiri keçirildi. Şənlik üçün 50 uşaq Gashalti hotelinə dəvət olundular, hotel ilə tanış olub xüsusi təşkil edilmiş Yeni İl əyləncəsinə qoşuldular. Tədbir zamanı uşaqlar hotelin Baş Aşpazı təqdim etdiyi ləziz yeməklərdən nahar etdilər. Tədbirin sonunda Şaxta Baba uşaqları qarşıdan gələn Yeni İl ilə təbrik edib hədiyyələr təqdim etdi.

Bu aksiyada iştirak edən bütün qonaqlara təşəkkür edirik! Ümid edirik, xüsusi qayğıya ehtiyacı olan uşaqların hotel ilə tanışlığı şən keçdi və onlar gözəl vaxt keçirə bildilər.

Keçirilən xeyriyyə aksiyası Korporativ Sosial Məsuliyyətinə böyük diqqət yetirən “PMD Hospitality” şirkətinin siyasətinin tərkib hissəsidir.