OTAQ

SEÇ

Kvars terapiyası



PROSEDURUN TƏSVİRİ

Kvars insanın qısa ultrabənövşəyi şüalarla şüalanması metodudur.

O, bir çox xəstəxanalarda və sanatoriyalarda uğurla istifadə olunur. Orta dozalarda orqanizmə bu cür təsirin göstərilməsi bir çox xəstəliklərə qalib gəlməyə kömək edə bilər, habelə, bərpaedici prosesləri və immun sisteminin fəaliyyətini stimullaşdırır.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Adətən, bir seans 15 saniyədən üç dəqiqəyədək davam edir. Müalicə kursu minimal təsir müddətindən başlayaraq təyin edilir və tədricən artırılır. Seanslar hər gün keçirilir, müalicə kursuna isə, adətən, 5-dən 10-12-dək prosedur daxil olur. Prosedur zamanı pasiyent oturaq vəziyyətdə olur, bu zaman isə xüsusi taxmalar vasitəsilə, dərinin və ya selikli qişaların lazım olan nahiyəsi ultrabənövşəyi şüaların təsirinə məruz qoyulur.

GÖSTƏRİŞLƏR

  • lor xəstəlikləri (allergik rinit, tonzilit adenoidit və s.);
  • tənəffüs sistemi patologiyaları (bronxit, bronxial astma və digər tənəffüs orqanları xəstəlikləri);
  • qadınlarda sidik-cinsiyyət sistem fəaliyyətinin pozulması;
  • dəri xəstəlikləri və trofik zədələnmələri;
  • xroniki artritlər və artrozlar;
  • sinir sistemi pozuntuları;
  • D vitamini çatışmazlığı.

ƏKS GÖSTƏRİŞLƏR

  • ürək-damar və qan sistemləri patologiyaları (ürək-damar çatışmazlığı, hipertoniya, qan dövranı çatışmazlığı, aterosklerozun ağır formaları, qan xəstəlikləri, genişləndirilmiş səthi damarlar);
  • daxili orqanların residiv mərhələsində olan xroniki xəstəlikləri;
  • həzm sistemi fəaliyyətinin pozulması (mədə xorası xəstəliyi);
  • endokrin xəstəliklər (tireotoksikoz);
  • vərəm.

PROSEDURUN NƏTİCƏLƏRİ

Düzgün yanaşdıqda, kvarsla müalicə immun sisteminin fəaliyyətini normallaşdırmağa, dəri səpgilərinin və dermatozların kəskinliyini azaltmağa, daxili orqanlara xoş təsir göstərməyə, bu zaman onların funksiyalarını normallaşdırmağa imkan verir.

PROSEDURUN DAXİL EDİLDİYİ MÜALİCƏ TƏKLİFLƏRİ

✓PSORIAZ MÜALİCƏSİ