OTAQ

SEÇ

4 kameralı galvanik vanna



PROSEDURUN TƏSVİRİ

4 kameralı qalvanik vanna ayaqlar üçün 2 kameralı vannadan və əllər üçün 2 ayrıca kameradan ibarət olan konstruksiyadır. Prosedur yuxarı və aşağı ətraflar üçün qalvanik cərəyanın və yerli vannanın (37 dərəcə temperaturlu su) təsirini özündə birləşdirir. Zərurət yarandıqda, dərman məhlulları əlavə olunur. Bu vanna sağlamlıq vəziyyətinə görə bütün bədən üçün vannaların təyin edilə bilmədiyi şəxslər üçün uyğundur.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Vannanın müalicəvi təsiri orqanizmə su vasitəsilə təsir göstərən qalvanik cərəyanın istifadəsinə əsaslanır. Vannanın təsiri altında damar-hərəkət sinirlərinin qıcıqlanması baş verir ki, bu da damarların genişlənməsinə gətirib çıxarır. Elektroqalvanik vannanın təsirini kontrast duşun və ya orqanizmə növbə ilə göstərilən qısamüddətli isti və soyuq su təsirli vannanın təsiri ilə müqayisə etmək olar. Prosedur kəskin iltihab əleyhinə təsir göstərir, limfa və qan dövranını yaxşılaşdırır. Seansı müddəti 15 dəqiqə təşkil edir.

GÖSTƏRİŞLƏR

  • artritlər, artrozlar;
  • vibrasiya xəstəliyi;
  • şəkərli diabet (diabetik artropatiya, diabetik polineyropatiya);
  • periferik sinir sistemi xəstəlikləri: neyromiozitlər, nevritlər, nevralgiyalar;
  • ətraf damarlarının aterosklerozu (ilkin mərhələlər);
  • sümük sınıqlarının nəticələri;
  • trofik pozuntular (açıq xora və dəri örtükləri bütövlüyünün digər pozuntuları olmadan);
  • toxumalarda mübadilə proseslərinin sürətləndirilməsi;
  • ağrıkəsici effekt.

ƏKS GÖSTƏRİŞLƏR

  • Ürək-damar çatışmazlığı;
  • Bədxassəli yenitörəmələr;
  • Sistemli qan xəstəlikləri;
  • Ateroskleroz;
  • Orqanizmin fərdi olaraq elektrik cərəyanı qəbul etməməsi;
  • Sıyrıq və yanıqlar.

PROSEDURUN NƏTİCƏLƏRİ

Prosedur qan dövranını stimullaşdırır və mübadilə prosesini yaxşılaşdırır. Ağrıkəsici effekt göstərir, mərkəzi sinir sistemində regenerasiya proseslərini çoxaldır. Seansdan sonra iltihab və ağrılar azalır.

PROSEDURUN DAXİL EDİLDİYİ MÜALİCƏ TƏKLİFLƏRİ

✓"ARTRİT MÜALİCƏ PAKETİ"

✓"PSORİAZ MÜALİCƏ PAKETİ"

✓"PODAQRA MÜALİCƏ PAKETİ"

✓"ARTROZ MÜALİCƏ PAKETİ"

✓"OSTEOXONDROZ MÜALİCƏ PAKETİ"