OTAQ

SEÇ

Psoriaz



Psoriaz xroniki iltihablı dəri xəstəliyidir. Bu, pasiyentin bədənində özünü xarakterik əlamətlər şəklində büruzə verən genetik xəstəlikdir: gözlə görünən, qabıq qoyan və pulcuqlarla örtülü olan səthi çəhrayı-qırmızı rəngli şişlər və ya ləkələr. Xəstəlik, bir qayda olaraq, güclü xəstələrə həm fiziki, həm də mənəvi baxımdan, əziyyət verən qaşınma və ağrılarla müşayiət olunur. Psoriaz səpkiləri bədənin istənilən hissəsinə əmələ gələ bilər, lakin, daha çox, başın saçlı hissəsində, dirsəklərdə və əllərdə yerləşir.

Naftalanda Psoriaz müalicəsinin üstünlükləri.

Naftalan eyni zamanda üç sistemin fəaliyyətini düzəldir – sinir, endokrin və immun sistemləri. Psoriazın autoimmun xəstəlik olduğuna görə, naftalan ilkin səbəbə təsir göstərir, o, iltihabı, ağrılı dəri qaşınmasını və allergiyanı azaldır. Naftalanın sayəsində, orqanizm öz iltihab əleyhinə hormon ehtiyatını doldurur. Naftalan immunomodulyatordur. Böyrəküstü vəzilərinin fəaliyyətini təbii şəkildə bərpa edə biləcək heç bir dərman vasitəsi mövcud deyil. Naftalan hipofizin və hipotalamusun fəaliyyətini normallaşdırır, ümumilikdə, endokrin sistemi bərpa edir.

✓"PSORİAZ MÜALİCƏSİ"TƏKLİFİ-İLƏ YARARLANIN

ƏTRAFLI