OTAQ

SEÇ

Tarix



Azərbaycan təbiətinin zəngin müalicəvi xüsusiyyətlərə malik nemətləri uzun illərdən bəri ən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında uğurla tətbiq olunur. Bunlardan biri olan, yüksək bioloji aktivliyi ilə seçilən Naftalan yağının şəfalı gücü hələ 600 il əvvəl insanlığa məlum idi. Naftalan yağı dünyada yalnız bir yerdə, Gəncə şəhərindən 45 km aralıda, Cənubdan, şərqdən və qərbdən dağlarla əhatə olunmuş dəniz səviyyəsindən 450 metr yüksəkdə olan Kiçik qafqazın yamaclarında əldə olunur.

Bu yerin quraq yayı və mülayim qışı ilə fərqlənən subtropik iqlimi var. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141-1201) öz əsərlərində, indiki Naftalan şəhəri yaxınlıqında yerləşən tarixi Səfikürd kəndindən möcüzəvi naftalan yağının karvanlarla ixrac olunduğunu qeyd etmişdir. Naftalan yağının mənşəyi haqqında bu günə əsas fundamental hesab edilən nəzəriyyə onun üzvi mənşəli olması və təqribən 50 milyon il ərzində yer təkində formalaşmasıdır.