OTAQ

SEÇ

Bexterev xəstəliyi

Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır. Bexterev xəstəliyi çox ağır xroniki irəlliləyən xəstəlikdir. Bexterev xəstəliyi zamanı onurğanın fəqərələri arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biri biri ilə bitişir. Nəticədə onurğanın hərəkətliliyini xeyli azalır. Ağır formalarda onurğa praktik olaraq hərəkətsiz olur və xəstənin əlilliyinə səbəb olur.

İlk dəfə bu xəstəliyi rus nevroloqu Bexterev tədqiq edib. Bu səbəbdən xəstəlik bütün dünyada məhz Bexterev xəstəliyi kimi tanınır. Bu xəstəlik əsasən 20-40 yaşlar arası kişilərdə inkişaf edir. Qadınlarda bu xəstəliyə nadir hallarda təsadüf edilir. Həmçinin, həkimlərin müşahidələrinə görə, qadınlarda bu xəstəlik kişilərlə müqayisədə daha yüngül keçir. Xəstəliyin inkişaf etmə səbəbləri tibdə məlum deyil. Belə hesab olunur ki, buna irsi meyllik və müəyyən genetik xüsusiyyətlər səbəb ola bilər. Xroniki infeksiyalar (xüsusilə bağırsaq və sidik yolları infeksiyaları), travmalar, xroniki streslər xəstəliyin inkişafında müəyyən rol oynayır. Bexterev xəstəliyi zamanı onurğanın müxtəlif hissələrində olan oynaqlar itihablaşır, zədələnir və öz hərəkətliliyini itirir. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa və müalicə başlamazsa, onurğanın hərəkətliliyi xeyli pozula bilər və hətta onurğa öz hərəkətliliyini tam itirə bilər. Xəstəlik həmçinin daxili orqanlarda müxtəlif ağır pozulmalara səbəb olur - ürək-damar, böyrəklər, göz xəstəlikləri.

Xəstəliyin əvvəlində oma sümüyü, qasıq, ombalar nahiyəsində ağrılar hiss olunur, bu ağrılar səhər və gecə saatlarında daha güclü olur. Xəstənin yuxusu pozulur. Səhərlər xəstə çətinliklə yataqdan qalxır, bel sanki donur. Tədriclə, bəzən bir neçə ildən sonra boyun və bel nahiyəsində ağrılar hiss olunmağa başlayır. İnsan önə, arxaya, yanlara güclə əliyir, əyilmə zamanı ağrılar olur. Dərindən nəfəsalma, öskürək və asqırma da ağrılara səbəb olur. Bexterev xəstəliyi zamanı onurğanın hərəkətliliyi tədriclə azalır, onurğa qısalır. Xəstəliyin ilk simptomlarında dərhal revmatoloqa müraciət etmək lazımdır. Həkim xəstəni müayinə etdikdən sonra onurğanın rentgenoqarafiyasını (rentgen müayinəsi) və ya MRT-nı təyin edir.
Təəssüf ki, Bexterev xəstəliyi tam müalicə olunmur. Lakin müəyyən müalicə tədbirlərinin köməyi ilə xəstənin vəziyyətini yaxşılaşdırmaq, xəstəliyin inkişafını ləngitmək mümkündür. Müalicə zamanı iltihabəleyhinə preparatlar, hormonlar, fizioterapiya, manual terapiya, massaj və müalicəvi bədən tərbiyəsi istifadə olunur. Xəstə hər gün xüsusi müalicəvi bədən tərbiyəsi ilə məşğul olmalıdır. Bu xəstənin vəziyyətini yaxşılaşdırır. Düzgün müalicə və bədən tərbiyəsi onurğanın tam hərəkətsizliyinin və skeletin digər hissələrinin deformasiyasının riskini azaldır.

Məlumat mənbəyi www.wikipedia.org

REZERV ETMƏK