OTAQ

SEÇ

Artrit

Artrit – oynaqların müxtəlif mənşəli iltihabi zədələnmələrini birləşdirən anlayışdır. Bu patologiya zamanı iltihabi prosesə sinovial qişa, kapsul, qığırdaq və s. bu kimi oynaq elementləri qoşulur. Artritlər infeksion-allergik, travmatik, metabolik, distrofik, reaktiv və başqa mənşəli olur. Klinikaları artralgiya, şişkinlik, oynaqda patoloji möhtəviyyat (eksudat), hiperemiya, lokal temperaturun artması, oynağın funksiyalarının pozulması, deformasiyasından ibarətdir. Artritin xarakteri qanın və sinovial mayenin laborator müayinəsi, rentgenoqrafiya, USM, termoqrafiya, radionuklid müayinə və s. vasitəsilə dəqiqləşdirilir. Müalicə etiotrop, patogenetik, sistemli və yerli terapiyadan ibarətdir.

Artritin təsnifatı
Artritin simptomları
Artritin diaqnostikası
Artritin müalicəsi
Artritin proqnozu və profilaktikası
Artrit barədə ümumi məlumat
Artritlə xəstələnmə əhalinin 1000 nəfərindən 9,5-də rastlanır; uşaqlar və yeniyetmələr də daxil olmaqla bütün yaş qruplarında xəstələnmə yüksəkdir. Lakin artritlərə 40-50 yaşlı qadınlarda daha çox rast gəlinir. Patologiya ciddi tibbi-sosial problemdir; belə ki, onun uzunmüddətli və residivləşən gedişi əlilliyə və əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər.


Zədələnmələr xarakterindən asılı olaraq artritləri iltihabi və degenerativ olmaqla iki qrupa ayırır. İltihabi artritlər qrupuna revmatoid, infeksion, reaktiv artritlər, podaqra aid edilir. Onun inkişafı oynağın daxili səthinin örtüyü olan sinovial membranın iltihabı ilə əlaqəlidir. Degenerativ artritlər qrupuna qığırdağın oynaq səthinin zədələnməsi nəticəsində inkişaf edən travmatik artrit və osteoartroz daxildir. Klinikasına görə artritlər kəskin, yarımkəskin və xroniki olmaqla ayrılır.

Kəskin artritlər zamanı iltihab seroz, seroz-fibroz və ya irinli xarakter daşıya bilər. Oynaqdaxili seroz möhtəviyyatın yaranması sinovit üçün xarakterikdir. Patologiyanın gedişində fibrinoz çöküntülər də oynaqdaxili mayedə əmələ gəldikdə xəstəliyin gedişi daha da ağır forma alır. Daha ciddi narahatlıqlara iltihabın bütünlüklə oynaq kisəsinə və ətrafdakı toxumalara yayılması nəticəsində kapsul fleqmonasının inkişafı ilə xarakterizə olunan irinli artrit səbəb ola bilər.

Yarımkəskin və xroniki formalı artrit sinovial qişanın xovlarının hipertrofiyası, sinovial hüceyrələrin səthi qatının proliferasiyasına, fibroz sonlanma ilə nəticələnən plazmositar və limfoid infiltrasiyaya gətirib çıxarır. Uzun müddət davam edən artritlər zamanı qığırdağın oynaq səthində qranulyasiya inkişaf edir, tədricən qığırdaq toxumasına yayılır, sümük-oynaq loskutunun destruksiyası və eroziyalaşması qeyd olunur. Qranulyasion toxuma fibroz toxumaya keçdikdə ossifikasiya prosesi, daha doğrusu fibroz və sümük ankilozlarının formalaşması baş verir. Oynaq kapsulu, vətərlər və oynaqətrafı əzələlərin prosesə qoşulması nəticəsində oynağın deformasiyası, subluksasiyaları və kontrakturaları inkişaf edir.

İltihabın lokalizasiyasına görə bir oynağın izoləolunmuş zədələnməsi (monoartrit), 2-3 oynağın (oliqoartrit) və 3-dən çox oynağın (poliartrit) prosesə cəlb olunması şəklində ayrılır. Etioloji və patoloji mexanizmlərindən asılı olaraq travmalar, infeksiyalar, immun və metabolik pozulmalar nəticəsində inkişaf edən birincili artritlər, həmçinin oynağın sümük elementlərinin və oynaqətrafı toxumaların patoloji dəyişiklikləri nəticəsində ikincili artritlər ayırd edilir.

Xəstəliyin sərbəst (birincili) formalarına vərəm, qonoreya, dizenteriya, virus və s. etiologiyalı spesifik infeksion artritlər; revmatoid artrit, revmatik poliartrit, ankilozlaşdırıcı spondiloartrit, psoriatik poliartrit və s. aid edilir. İkincili artritlər osteomielit; ağciyərlərin, MBT və qan xəstəlikləri; sarkoidoz, bədxassəli şişlər və s. şəklində təzahür edə bilər.

Artritlərdə nozoloji formasından asılı olaraq müxtəlif oynaq qrupları zədələnir. Revmatoid artrit üçün pəncə və əl oynaqlarının (əldarağı-falanqa, falanqalararası, mil-bilək, ayaq darağı-falanqa, daraqarxası, aşıq-baldır) prosesə simmetrik cəlb olunması xarakterikdir. Psoriatik artrit pəncə və əlin barmaq falanqalarının distal oynaqlarının; ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi) oma-qalça oynağı və onurğanın zədələnməsi ilə xarakterizə olunur.

Artritin klinikası başlanğıcda yorğunluq və tükənmə kimi qiymətləndirən ümumi nasazlıq şəklində tədricən inkişaf edir. Lakin bu hiss tədricən artır və tezliklə gündəlik aktivliyə və fəaliyyətə təsir göstərir. Artritin aparıcı simptomu gecənin ikinci yarısı və səhərə yaxın güclənən, davamlı dalğavari xarakter daşıyan artralgiyalardır. Artralgiyaların ifadəliliyi azacıq ağrı hissindən güclü və keçməyən, pasiyentin hərəkətini kəskin məhdudlaşdıran ağrılara qədər dəyişə bilər.

Artritin tipik klinikası lokal hipertermiya və hiperemiya, şişkinlik, buxovlanma hissi və hərəkətin məhdudlaşmasından ibarətdir. Palpasiyada oynağın bütün səthində və oynaq yarığına keçid nahiyəsində ağrı təyin olunur. Bu simptomlara tədricən oynağın deformasiyası, funksiyalarının pozulması, oynağın üzərindəki dəri səthinin dəyişilməsi, ekzostozlar qoşulur. Oynağın funksiyalarının məhdudlaşması həm yüngül dərəcəli, həm də ağır dərəcəli ola; ətrafın tam hərəkətsizliyinədək fəsadlaşa bilər. İnfeksion artritlərdə hərarət və titrəmə qeyd olunur.

Artritin diaqnostikası klinik simptomatika, fiziki əlamətlər, rentgenoloji müayinə, sinovial mayenin sitoloji və mikrobioloji analizinə əsaslanır. Artrit klinikasına malik pasiyentlər xəstəliyin revmatik təbiətini inkar etmək üçün revmatoloq konsultasiyasına yönləndirilir. Patologiya zamanı əsas diaqnostik müayinə standart (düz və yan) proyeksiyalarda oynaqların rentgenoqrafiyasıdır. Ehtiyac olduqda instrumental müayinə tomoqrafiya, artroqrafiya, elektrorentgenoqrafiya, geniş rentgenoqrafiya (kiçik oynaqlar üçün) ilə tamamlanır.

Artritlərin rentgenoloji əlamətləri rəngarəngdir: daha xarakterik və erkən əlamət oynaqətrafı osteoporozun inkişafı, oynaq yarığının daralması, marginal sümük defekti, oynaqətrafı sümük toxumasında kistoz destruktiv ocaqlardır. İnfeksion, həmçinin vərəm artritləri üçün sekvestrlərin formalaşması xarakterikdir. Sifilik artritdə, həmçinin osteomielit fonunda inkişaf etmiş ikincili artritlərdə rentgenoloji olaraq borulu sümüklərin metafizar zonaların proyeksiyalarında periostal yığınlar qeyd olunur. Artritlər zamanı ileosakral oynaqlarda rentgenoqrammada osteoskleroz müəyyən olunur. Xroniki artritlərin rentgenoloji əlamətlərinə oynaqların yarımçıxıqlar və çıxıqları, epifizin kənarları boyunca sümük proliferasiyası aiddir.

Diaqnostik termoqrafiyanın köməyilə artrit üçün xarakterik olan lokal isti mübadiləsinin pozulması təsdiq olunur. Oynaqların USM-i oynaq boşluğunda patoloji möhtəviyyatın olmasını, həmçinin pararartikulyar dəyişiklikləri təyin etməyə kömək edir. Radionuklid ssintiqrafiya sümük toxumasının reaksiyası və iltihabın aktivliyi haqda rəy söyləməyə imkan verir. Göstərişlərə əsasən diaqnostik artroskopiya aparılır. Artrit zamanı oynaqlarda funksional pozulmaların dərəcəsini müəyyənləşdirmək məqsədilə passiv və aktiv hərəkətlərin amplitudu ölçülür, podoqrafiya (addımın ayrı-ayrı fazalarının davametmə müddəti qeyd olunur) tətbiq olunur.

Artritlərdə iltihabın xarakteri oynaq mayesinin laborator müayinəsinə əsasən dəqiqləşdirilir. Bu metodla mayenin viskozluğu, hüceyrə, ferment və zülal tərkibi, mikroorqanizmlərin olub-olmaması təyin olunur. Ehtiyac olduqda sinovial qişanın bioptatının morfoloji qiymətləndirilməsi aparılır.

Artritlərin etioloji müalicəsi yalnız onların bəzi – infeksion, podaqrik, allergik formalarında həyata keçirilir. Yarımkəskin və xroniki gedişli artritlər qeyri-steroid iltihab əleyhinə preparatlar (ibuprofen, diklofenak, naproksen) və steroidlərlə (prednizolon, metilprednizolon) ümumi farmakoterapiyaya tabe olur. Sintetik steroidlər həm də oynaq boşluğuna yeridilmək üçün (oynaqların müalicəvi biopsiyası) istifadə olunur.

Kəskin iltihabi prosesin sönməsi üçün ağrı və iltihab əleyhinə effekti olan, fibroz dəyişikliklər və oynaqların disfunksiyasının qarşısını alan fizioterapiya üsulları (eritemal dozalarda UBŞ, analgetiklərlə elektroforez, hidrokortizonla fonoforez, amplipulsterapiya) tətbiq olunur. Artritlər zamanı müalicəvi bədən tərbiyəsi və massaj kontrakturaların və oynaqlarda funksional pozulmalarının inkişafının qarşısının alınmasına yönəlib. Palçıq müalicəsi, balneoterpiya, sanator və kurort terapiyadan ibarət kompleks bərpaedici müalicə tövsiyə olunur.

Efferent terapiya metodlarının (plazmaferez, krioferez, qan plazmasının kaskad filtrasiyası) istifadəsi autoimmun artritlərdə antitellərin və sirkulyasiya edən immun kompleksin, artritlərin podaqrik formalarında isə uratların ekstrakorporal absorbsiyasına yönəlmişdir. Ekstrakorporal terapiya pasiyentin öz qan hüceyrələrindən (leykositlər, eritrositlər, trombositlər) istifadə etməyə, beləliklə, dərman maddələrinin iltihab ocağına effektiv çatdırılmasına imkan verir.

Artritlərin ağır formalarının müalicəsində kök hüceyrələrin tətbiqi metodu istifadə olunur. Kök hüceyrə terapiyası maddələr mübadiləsinin bərpasına və oynaq toxumalarının qidalanmasının yaxşılaşdırılmasına, iltihabın sönməsinə, artritin tez-tez rastlanan səbəbi olan infeksiyalara qarşı immunitetin yüksəlməsinə səbəb olur. Bu metodun tətbiqinin xüsusi dəyəri qığırdaq regenerasiyasını və onun strukturlarının bərpasını stimulyasiya etməsindədir.
Revmatoid artritlər və artritlərin başqa formalarında operativ müdaxilənin – sinovektomiya, artrotomiya, oynağın rezeksiyası, artrodez, xeylektomiya, artroskopik cərrahi əməliyyatlar və s. aparılması tələb olunur. Artritlər nəticəsində yaranmış oynağın destruktiv dəyişikliklərində endoprotezləmə, rekonstruktiv-bərpaedici artroplastik cərrahi əməliyyatlar göstərişdir.

Artrit diaqnozu ilə Gashaltı Health Hotel –Naftalan sanatoriyasına daxil olmuş hər bir qonaq Check-Up müayinələrdən keçirilir və aşagıda göstərilən müalicələri alır:
•    Qanın ümumi analizi
•    Sidiyin ümumi təhlili
•    Qanda şəkərin təyini (Glükoza)
•    Xolesterin
•    ALT
•    AST
•    Kreatinin
•    EKQ müayinəsi
•    Tam USM müayinəsi
•    Bütün həkimlərin müayinəsi  (Terapevt ,Ginekoloq, Uroloq, Diyetoloq, Kardioloq. Nevropatoloq. Dermatoloq, LOR)  
 Müalicə:
•    Naftalan vannası (Əks göstəriş olarsa Yod-Brom vannası)
•    Elektroforez
•    Kvars terapiyası
•    Ultrasonterapiya   

Artritlər zamanı yaxın və uzaq proqnozlar iltihabi prosesin səbəbləri və xarakteri ilə əlaqəlidir. Belə ki, revmatik artritin gedişi, adətən, xoşxassəlidir; lakin tez-tez residivləşir. Reaktiv artritlər (postenterokolitik, urogen) müalicəyə asanlıqla tabe olur, lakin qalıq təzahürlərin sönməsi bir il və ya daha çox uzana bilər. Proqnostik baxımdan daha pis (qeyri-kafi) gedişli ağır hərəki disfunksiyalara gətirib çıxaran revmatoid və psoriatik artritlərdir.

Artritlərin profilaktikasının əsası qidalanmanın xarakterinin dəyişilməsidir. Müxtəlif, balanslaşdırılmış qidalanma, bədən çəkisinin kontrolu, heyvan yağlarının və ətinin azaldılması, şəkər və duzdan istifadənin məhdudlaşdırılması; hisə verilmiş qidalardan, qazlı içkilərdən, duza qoyulmuş qidalardan, muffindən, konservlərdən imtina; qida rasionunda meyvə və tərəvəzlərin miqdarının artırılması, taxıllar fəsiləsi bitkilərindən hazırlanmış məhsulların istifadə mədəniyyətinin öyrənilməsi tövsiyə olunur. Patologiyanın profilaktikasında mütləq tələb siqaretçəkmə və alkoqoldan imtinadır. Artritlərlə zədələnmiş oynaqları daim isti saxlamaq lazımdır. Müntəzəm dozalanmış aktivlik, müalicəvi gimnastika, massaj yararlıdır.

Məlumat mənbəyi www.wikipadia.org

✓"ARTRİT MÜALİCƏ PAKETİ"-iləYARARLANIN

ƏTRAFLI