OTAQ

SEÇ

Heydər Əliyev Mərkəzi və yaxınlıqdakı park


XİDMƏTLƏR

Müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyev ilə tanınır. Və bu gün Heydər Əliyev adına Mərkəz müasir Azərbaycanın, müasir Naftalanın simvoluna çevrilmişdir. Heydər Əliyev Mərkəzinin yaradılmasında məqsəd ideoloji mərkəz kimi onun fəaliyyətini təşkil etmək, ulu öndərin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənmək olub. Mərkəz yalnız öz gözəlliyi ilə deyil, həm də burada 1975-ci ildən boy atan iki nəhəng çinar ağacı ilə görənləri valeh edir. Mərkəzin yaxınlığındakı zəngin floraya malik bu park mövcud olduğu illərdə mühüm turistik məkanlardan birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin heykəli də burada yerləşir.