Medical Packages

Gashalti Health Hotel diaqnostika, müalicə və reabilitasiya prosedurlarının tam kompleksini təklif edir: qanın biokimyavi və gematoloji göstəricilərinin tam laborator analizi, sidik analizi, daxili orqanların USM, EKQ, mütəxəssis məsləhəti, nativ naftalanla müalicə, qatransız naftalanla müalicə, fizioterapevtik prosedurlar, karbon qazı ilə qaz inyeksiyası, müalicəvi masaj, parafin terapiyası, infuziya, manipulyasiya, zalda və hovuzda müalicəvi bədən tərbiyəsi. Xəstəliklərinin kompleks müalicəsi üçün tibbi mərkəz avropa istehsalçılarının (Almaniya, Çexiya, İtaliya) ən müasir avadanlığı ilə təchiz olunmuşdur.